6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

"Toyota", "Tesla" və "Alfa Romeo" yüz minlərlə avtomobili təhlükəli qüsurlara görə geri çağırır

17-avqust-2026, 00:40
"Toyota", "Tesla" və "Alfa Romeo" yüz minlərlə avtomobili təhlükəli qüsurlara görə geri çağırır
Yazı Ölçüsü:
Müxtəlif avtomobil istehsalçılarının 600 mindən çox avtomobili potensial təhlükəli texniki nasazlıqlar səbəbindən geri çağırılır.
"PostMedia" xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Ən böyük geri çağırma "Toyota" şirkətinə aiddir. Şirkət 2025–2026 model ilinə aid 508 mindən çox "Camry Hybrid" avtomobilini geri çağırır. Proqram təminatındakı nasazlıq səbəbindən cihazlar panelində mühüm məlumatlar əks olunmaya, həmçinin qəza işıqları, dönmə siqnalları və təhlükəsizlik kəmərinin bağlanmaması barədə xəbərdarlıq sistemi işləməyə bilər. Problemin aradan qaldırılması üçün proqram təminatı dilerlər tərəfindən pulsuz yenilənəcək.
"Tesla" isə 20 349 ədəd "Model 3" və "Model Y" avtomobilini geri çağırır. Problem faraların işıqlandırılması ilə bağlıdır. İşıq həddindən artıq parlaq ola və qarşıdan gələn sürücülərin görmə qabiliyyətini zəiflədərək qəza riskini artıra bilər.
Bundan əlavə, 48 777 ədəd "Dodge Hornet" və "Alfa Romeo" "Tonale" avtomobili arxa təhlükəsizlik kəmərlərində mümkün nasazlıq səbəbindən geri çağırılır. Kəmərlər düzgün şəkildə yığılmaya və qəza zamanı lazımi qorumanı təmin etməyə bilər.
Honda da sükan kilidinin bərkidilməsi ilə bağlı problem səbəbindən 44 minə yaxın motosikleti geri çağırır.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31