6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Azərbaycanda Rusiyadan Ermənistana tranzit göndərilən məhsulların ümumi həcmi açıqlanıb

14-avqust-2026, 19:35
Azərbaycanda Rusiyadan Ermənistana tranzit göndərilən məhsulların ümumi həcmi açıqlanıb
Yazı Ölçüsü:
Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana daha bir taxıl partiyası göndərilib.
"PostMedia" xəbər verir ki, ötən gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyasına 420 ton buğda daşıyan 6 vaqondan ibarət qatar yola salınıb.
Bununla da Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana indiyədək 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta daşınıb.
Bundan əlavə, Azərbaycandan Ermənistana indiyədək təxminən 15 min ton dizel yanacağı, eləcə də 5 min tona yaxın "Ai-92" və "Ai-95" markalı benzin ixrac edilib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31