6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“İnter” cərimələnib

04-fevral-2026
“İnter” cərimələnib
Yazı Ölçüsü:
İtaliyanın İdman Məhkəməsi azarkeşlərin davranışına görə ölkə çempionu Milanın “İnter” klubunu 50 min avro məbləğində cərimələyib.
"PostMedia" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Cəriməyə səbəb İtaliya çempionatının 23-cü turu çərçivəsində keçirilən “Kremoneze” – “İnter” (0:2) oyununda baş verən insident olub. Qarşılaşma zamanı “İnter” azarkeşləri “Kremoneze”nin qapıçısı Emil Auderoya fişəng atıblar. Hadisə nəticəsində qapıçı ayağından və qulağından xəsarət alıb.
Bundan əvvəl İtaliyanın Daxili İşlər Nazirliyinin qərarı ilə “İnter” azarkeşlərinin komandanın üç səfər oyununda iştirakı qadağan edilib.
Qadağa martın 23-dək qüvvədə olacaq və martın 8-də keçiriləcək “Milan” – “İnter” derbisinə şamil olunmayacaq, – deyə "La Gazzetta dello Sport" qeyd edir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930