6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ÖLÜM

Yunanıstana bal ayına gedən britaniyalı cütlüklər helikopter qəzasında ölüb

18-avqust-2026, 18:04
Yunanıstana bal ayına gedən britaniyalı cütlüklər helikopter qəzasında ölüb
Yazı Ölçüsü:
Böyük Britaniyadan olan yeni evlənənlər Aleksandr Kromin və Mari Ebert Yunanıstanın Sifnos adasında şəxsi helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. Qəzada helikopterin pilotu da ölüb.
"PostMedia" xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Cütlük Yunanıstanda bal ayı keçirirdi. Helikopter eniş meydançasından cəmi bir neçə metr aralıda qəzaya uğrayıb. Pilot Yunanıstan vətəndaşı olub.
“Kathimerini” qəzetinin məlumatına görə, Kromin və Ebert Afina yaxınlığındakı Markopulo kəndindən helikopterlə havaya qalxaraq turistlər arasında məşhur olan Sifnos adasına gediblər.
Qəza planlaşdırılan enişdən az əvvəl, yerli vaxtla təxminən saat 18:15-də baş verib. Helikopter yerə çırpıldıqdan sonra yanğın başlayıb. Yanğınsöndürənlər alovu bazar ertəsi axşam saatlarına qədər söndürə biliblər.
Sifnosun vitse-meri Manolis Fundulakis hadisədən dərhal sonra qəza yerinə gəlib. O, yerli “Newsit”ə bildirib ki, helikopterdən demək olar ki, heç nə qalmayıb.
Onun sözlərinə görə, yerli sakinlər helikopterin evlərindən cəmi bir neçə metr aralıda yerə düşdüyünü görüblər. Şahidlər qəzadan bir qədər əvvəl “mühərrikdən gələn qəribə səs” eşitdiklərini də bildiriblər.
Qurbanlardan ikisinin meyiti helikopterin qalıqları arasında, üçüncünün meyiti isə qəza yerindən bir qədər aralıda aşkarlanıb.
Yunanıstanın aviasiya qurumları qəzanın səbəblərini araşdırmağa başlayıb. Mütəxəssislərin sübutların toplanması və şahidlərin dindirilməsi üçün çərşənbə axşamı hadisə yerinə gəlməsi gözlənilir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölənlərin yaxınlarına konsulluq yardımı göstərildiyini və Yunanıstan hakimiyyəti ilə əlaqə saxlanıldığını bildirib.
Aleksandr Kromin “Blackstone” investisiya şirkətində çalışırdı. Şirkət əməkdaşının və həyat yoldaşının ölümündən sarsıldığını bildirərək, cütlüyün Yunanıstanda bal ayı keçirdiyini qeyd edib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31