6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ÖLÜM

“Sea Breeze”də uşağın ölümü ilə bağlı Emin Ağalarovdan açıqlama

15-avqust-2026, 13:54
“Sea Breeze”də uşağın ölümü ilə bağlı Emin Ağalarovdan açıqlama
Yazı Ölçüsü:

"Sea Breeze" akvaparkında dünən baş verən faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.

"PostMedia" xəbər verir ki, bununla bağlı iş adamı Emin Ağalarov şəxsi “instagram” səhifəsində paylaşım edib.
Emin Ağalarov paylaşımında həlak olan uşağın ailəsinə dərin və səmimi başsağlığı verdiyini qeyd edib.

O, bildirib ki, hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın hovuzun texniki zonasına, su nasoslarının yerləşdiyi hasarlanmış əraziyə necə daxil olduğunu müəyyənləşdirmək üçün istintaq aparılır.
Ağalarov qeyd edib ki, "Sea Breeze" komandası araşdırmaya hərtərəfli dəstək verir və uşaqların, eləcə də böyüklərin təhlükəsizliyinin kurort üçün hər zaman əsas prioritet olduğunu vurğulayıb.
Onun sözlərinə görə, kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və müvafiq xidmətlər tərəfindən yoxlanılır. Akvaparkın üçüncü mövsümüdür fəaliyyət göstərdiyi və bu müddət ərzində 350 mindən çox qonaq qəbul etdiyi bildirilib.
Emin Ağalarov hadisədən sonra bütün təhlükəsizlik tədbirlərinin əlavə olaraq yoxlanılacağını və gücləndiriləcəyini bildirib. O, həmçinin Sea Breeze komandası ilə birlikdə ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəklərini qeyd edib.

Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31