6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

Bəşər Əsədin daha bir qohumu ölüm cəzasına məhkum edilib

18-avqust-2026, 13:22
Bəşər Əsədin daha bir qohumu ölüm cəzasına məhkum edilib
Yazı Ölçüsü:
Dəməşq məhkəməsi Suriyanın devrilmiş prezidenti Bəşər əl-Əsədin əmisi oğlu Vasim əl-Əsədi ölüm cəzasına məhkum edib.
"PostMedia" xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Məhkəmə onu “insanlığa qarşı cinayət və hərbi cinayət hesab olunan qəsdən adam öldürmə və işgəncələrdə” təqsirli bilib.
Məhkəmənin qənaətinə görə, araşdırma Vasim əl-Əsədin mülki ərazilərə hücumlar həyata keçirən və kütləvi qətllər törədən qanunsuz silahlı qruplaşmaların yaradılmasında iştirakını təsdiqləyib.
Qeyd edək ki, Dəməşq məhkəməsi avqustun 11-də Bəşər əl-Əsədi və bir neçə keçmiş yüksək vəzifəli şəxsi də ölüm cəzasına məhkum edib. Onlar qəsdən adam öldürmə, işgəncə, qanunsuz həbslər və insanlığa qarşı cinayətlərdə təqsirli biliniblər.
Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31