Moskvanın Basmannı Rayon Məhkəməsi ABŞ vətəndaşı Konor Kennedinin qiyabi həbsinə qərar verib. O, Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu fəaliyyət göstərməkdə ittiham olunur.
“PostMedia” xəbər verir ki, Bu barədə “TASS” məlumat yayıb.
Rusiya tərəfinin məlumatına görə, Konor Kennedy beynəlxalq axtarışa verilib.
Conor Kennedy ABŞ-nin 35-ci prezidenti Con F. Kennedinin qardaşı nəvəsidir. O, Robert F. Kennedy Jr.-ın oğludur.
Kennedy 2022-ci ildə Ukraynanın Beynəlxalq Legionuna qoşularaq Rusiya ilə müharibədə Ukrayna tərəfində döyüşdüyünü özü də açıqlamışdı. O, həmin vaxt hərbi təcrübəsinin olmadığını, lakin Ukraynaya getmək qərarına gəldiyini və ölkənin şimal-şərq cəbhəsinə göndərildiyini bildirmişdi.