6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Fransa və ABŞ razılıq olmadan minlərlə qadının intim fotolarını yayan platformanın fəaliyyətini dayandırıb

08-oktyabr-2026, 01:59
Fransa və ABŞ razılıq olmadan minlərlə qadının intim fotolarını yayan platformanın fəaliyyətini dayandırıb
Yazı Ölçüsü:

Fransa və ABŞ hakimiyyətləri birlikdə minlərlə qadının, o cümlədən yetkinlik yaşına çatmayanların intim fotolarını yayan onlayn platformanı bağlayıblar. Fotolar şantaj, hesabların sındırılması yolu ilə və ya zərərçəkənlərin razılığı olmadan əldə edilib.

"PostMedia" xəbər verir ki, bu barədə DPA Paris prokurorluğuna istinadən məlumat yayıb.

Eyni zamanda bu platforma ilə əlaqəli daha üç sayt da bloklanıb. Fransada 21 və 25 yaşlı iki qardaş həbs edilib. Prokurorluq onları şəbəkənin təşkili və idarə olunmasında şübhəli bilir. Əməliyyat zamanı 700 min avrodan çox dəyərində rəqəmsal aktivlər müsadirə edilib.

İstintaqın məlumatına görə, fotolar sosial şəbəkə hesablarının sındırılmasından sonra da platformaya yerləşdirilib. Materiallar arasında kiberqruminq nəticəsində əldə edilmiş görüntülər də olub. Bu zaman yetkin şəxslər internetdə yetkinlik yaşına çatmayanların etimadını qazanır, daha sonra isə onları intim fotolar göndərməyə sövq edir və ya buna məcbur edirlər.

Saytlarda əvvəlcə qadınların öz razılığı ilə çəkilmiş, lakin sonradan keçmiş partnyorları tərəfindən icazəsiz yayılan intim fotolar da yerləşdirilib. Belə materiallar çox vaxt “intiqam pornosu” adlandırılır və onların yayımlanmasından keçmiş partnyoru alçaltmaq və ya ona zərər vurmaq məqsədilə istifadə olunur.

Zərərçəkənlər arasında müxtəlif millətlərdən olan qadınlar, o cümlədən yetkinlik yaşına çatmayanlar olub. Saytların istifadəçiləri zərərçəkənlərin kimliyini müəyyən etməyə imkan verən məlumatlar təqdim etməyə təşviq edilirdilər və bunun müqabilində virtual valyuta ilə mükafat təklif olunurdu.

Zərərçəkənlər həqiqi adlarına görə sistemləşdirilirdi. Profillərdə onların yaşı, yaşayış yeri, peşəsi və xarici görünüş xüsusiyyətləri qeyd olunur, qadınlar isə 10 ballıq şkala üzrə qiymətləndirilirdi.

İntim görüntüləri platformada yerləşdirilən fransalı və xarici zərərçəkənlərə Fransanın kibercinayətkarlıqla mübarizə üzrə milli bölməsinə müraciət etmək çağırışı edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031