Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Haninq (1998–2005-ci illərdə vəzifədə olub) casusluq şübhəsi ilə həbs edilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, BND-nin keçmiş rəhbəri dövlət sirrini yaymaqda, dövlətə xəyanətdə və xarici dövlətin xeyrinə casusluq etməkdə ittiham olunur. "Bild" iddia edir ki, Haninq kəşfiyyat xidmətinin rəhbər aparatının keçmiş əməkdaşından məxfi məlumatları pul müqabilində satın alıb.
Qəzetin məlumatına görə, o, bu məlumatları "məsləhətçilik fəaliyyəti çərçivəsində yenidən satmaq" niyyətində olub.
Haninq və onun ehtimal edilən cinayət ortağı ilə bağlı araşdırmanı Almaniyanın baş prokuroru aparır.