6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Ermənistana keçən Azərbaycan hərbçisinə 2 ay həbs cəzası verilib

02-oktyabr-2026, 16:19
Ermənistana keçən Azərbaycan hərbçisinə 2 ay həbs cəzası verilib
Yazı Ölçüsü:

Cinayət işi çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı Nəsimi Rəhim oğlu Musayev 2 ay müddətinə həbs edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən (İK) bildirilib.

Daha əvvəl İK-dən məlumat verilmişdi ki, cinayət işi çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim edilib.

Daha əvvəl prokurorluq məlumat vermişdi ki, bu gün — oktyabrın 2-də Azərbaycan Respublikasının vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində Ermənistan Cinayət Məcəlləsinin 469-cu maddəsinin (Dövlət sərhədini qanunsuz keçmə) 1-ci hissəsi, 340-cı maddəsinin (Hərbi təyinatlı məhsulların, texnikanın, odlu silahın və ya digər materialların, qurğuların, əşyaların, malların qaçaqmalçılığı) 1-ci hissəsi, 335-ci maddəsinin (Odlu silahın, onun əsas tərkib hissələrinin, döyüş sursatının və digər materialların, qurğuların, əşyaların qanunsuz dövriyyəsi) 1-ci hissəsi, 207-ci maddəsinin (Mənzil toxunulmazlığının pozulması) 1-ci hissəsi, 166-cı maddəsinin (Sağlamlığa ağır zərər vurma) 2-ci hissəsinin 4-cü və 6-cı bəndləri ilə ictimai cinayət təqibinə başlanılıb.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Azərbaycan Respublikasının vətəndaşı, hərbçi Nəsimi Musayev Sünik vilayətinin Sisian icmasının Şəki yaşayış məntəqəsinin 6-cı küçəsi, 20-ci evə qanunsuz daxil olub və aşkar edildikdən sonra silahdan atəş açıb.

Atəş nəticəsində 1987-ci il təvəllüdlü A.A. yaralanıb.

Prokurorluq bu gün bildirib ki, Şəkidə qeydə alınmış hadisə ilə bağlı daha bir cinayət işi başlanıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031