6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Ermənistana keçən Azərbaycan hərbçisinə qarşı 3 maddə ilə cinayət işi başlanılıb

02-oktyabr-2026, 00:59
Ermənistana keçən Azərbaycan hərbçisinə qarşı 3 maddə ilə cinayət işi başlanılıb
Yazı Ölçüsü:

Ermənistana keçən və ötən gün Sünik vilayətinin şəki kəndində tapılan hərbçi Nəsimi Musayevə qarşı cinayət işi bzaşlanılıb.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə ilə bağlı İstintaq Komitəsinin Sünik vilayəti üzrə idarəsinin Sisian istintaq şöbəsində Cinayət Məcəlləsinin 166-cı maddəsinin 2-ci hissəsinin 6-cı bəndi, 335-ci maddəsinin 1-ci hissəsi və 207-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

166-cı maddənin 2-ci hissəsinin 6-cı bəndi — sağlamlığa ağır zərər vurma, hansı ki, silahdan və ya bədən xəsarəti yetirmək üçün əvvəlcədən hazırlanmış və ya uyğunlaşdırılmış əşya və ya vasitədən istifadə edilməklə törədilib.

335-ci maddənin 1-ci hissəsi — odlu silahın, onun əsas hissələrinin, döyüş sursatının və digər materialların, qurğuların, əşyaların qanunsuz dövriyyəsi.

Qanunsuz olaraq odlu silahı (mülki hamar lüləli odlu silah, onun patronları və ya tərkib hissələri istisna olmaqla), onun əsas hissəsini, döyüş sursatını, yivli odlu silahın patronunu, partlayıcı maddəni və ya partlatma qurğusunu əldə etmək, satmaq, saxlamaq, daşımaq, göndərmək və ya gəzdirmək —

ən çox üç il müddətinə azadlığın məhdudlaşdırılması, yaxud ən çox iki ay müddətinə qısamüddətli azadlıqdan məhrumetmə, yaxud ən çox beş il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

207-ci maddənin 1-ci hissəsi — mənzil toxunulmazlığının pozulması.

Şəxsin iradəsinə zidd və ya onun iradəsini nəzərə almadan mənzilə qanunsuz daxil olmaq —

ən çox iyirmi misli miqdarda cərimə, yaxud səksəndən yüz əlliyədək saat müddətinə ictimai işlər, yaxud ən çox iki il müddətinə azadlığın məhdudlaşdırılması, yaxud ən çox iki ay müddətinə qısamüddətli azadlıqdan məhrumetmə, yaxud ən çox iki il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031