Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə İranın qanadlı raketinin zərbəsi nəticəsində ABŞ Dəniz Piyadaları Korpusunun səkkiz hərbçisi yaralanıb.
"PostMedia" xəbər verir ki, bu barədə “NBC” telekanalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hərbçilər kəllə-beyin travması almış ola bilərlər. Onlarda baş ağrısı da daxil olmaqla, beyin silkələnməsinin əlamətləri müşahidə olunub. Hücum sentyabrın 14-də baş verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohəbi daha əvvəl bildirib ki, təcavüz baş verəcəyi təqdirdə İran yeni silah növlərindən istifadə etməklə regionda yerləşən ABŞ-nin yeni obyektlərinə zərbələr endirməyə başlayacaq.
Mohəbi vurğulayıb ki, dəyişikliklər müharibənin coğrafiyasına, eləcə də istifadə olunan silah və hərbi texnikaya şamil olunacaq.