Finlandiya və İsveç qırıcıları ilk dəfə birlikdə Rusiya təyyarələrini müşayiət edib.
"PostMedia" xəbə verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, sentyabrın 24-də Finlandiya körfəzi üzərində Finlandiya və İsveç qırıcıları beynəlxalq hava məkanında Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələrini “tutmaq və identifikasiya etmək” üçün havaya qaldırılıb.
Bu, “ilk birgə operativ missiya” olub. Bu barədə “DW” yazır.
Əməliyyatda Finlandiyanın F/A-18 Hornet və İsveçin JAS 39 Gripen qırıcıları iştirak edib. Onlar Tu-134, MiQ-31 və Su-30 təyyarələrindən ibarət Rusiya aviasiya qrupunu aşkarlayıblar.
Finlandiya Hərbi Hava Qüvvələri havada həyata keçirilən əməliyyatın fotolarını da yayımlayıb.