6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Kuril adaları məsələsində Yaponiyanı dəstəkləyib

14-avqust-2026, 20:15
ABŞ Kuril adaları məsələsində Yaponiyanı dəstəkləyib
Yazı Ölçüsü:

ABŞ mühüm müttəfiqi Yaponiyanı dəstəkləmək və “Şimal əraziləri”nə (Kuril adaları) münasibətdə Yaponiyanın suverenliyini tanımaq mövqeyində dəyişməz olaraq qalır.

"PostMedia" xəbər verir ki, bunu ABŞ-nin Yaponiyadakı səfiri Corc Qlass bildirib.

“ABŞ-Yaponiya ittifaqı Hind-Sakit okean regionunda rifaha nail olmağa çalışır və biz bu regionda sülh və sabitliyi pozan istənilən hərəkətə qətiyyətlə qarşıyıq”, – səfir əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Kuril adalarına ilk dəfə şəxsən səfər edib. Bu addım adaları öz ərazisi hesab edən Yaponiyanın kəskin narazılığına səbəb olub.

Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930