6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Ermənistanda orta məktəblərin buraxılış siniflərində sürücülük dərsləri keçiriləcək

03-dekabr-2025, 18:02
Ermənistanda orta məktəblərin buraxılış siniflərində sürücülük dərsləri keçiriləcək
Yazı Ölçüsü:

Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi orta məktəbin buraxılış sinifləri üçün sürücülük təlimlərini pilot layihə kimi həyata keçirməyə hazırlaşır.

PostMedia” xəbər verir ki, bu barədə nazir Jeanna Andreasyan dekabrın 3-də Milli Məclisdə deputatların suallarını cavablandırarkən məlumat verib.

Nazirin sözlərinə görə, layihənin icrası ilə bağlı imkanlar daxili işlər nazirliyinin müvafiq strukturları ilə müzakirə olunub.

Andreasyan bildirib ki, sürücülük təlimlərinin 12-ci sinifdə, heç olmasa, nəzəri hissə üzrə tədrisi olduqca faydalı ola bilər: “Mən bunun çox gözəl təşəbbüs olduğunu düşünürəm. Arzu edirəm ki, buraxılış siniflərinin şagirdləri nəzəri hazırlığı keçərək uyğun imtahanları vermək imkanına malik olsunlar”.

Nazir qeyd edib ki, kadr məsələləri nəzərə alınmaqla bu prosesin ilkin mərhələdə bəzi məktəblərdə pilot qaydada tətbiqi mümkündür: “Mən bunu müsbət qiymətləndirirəm və yaxın gələcəkdə bu cür dərslərin başlanması imkanlarını müzakirə etməyə hazırıq”.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31