6°C Bakı
1$ = 1.70₼
Sosial

Rusiyada elektron siqaretlərin satışı tam dayandırıla bilər - Putin dəstəklədi

Rusiyada elektron siqaretlərin satışı tam dayandırıla bilər - Putin dəstəklədi
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin ölkədə elektron siqaretlərin satışının tam qadağan edilməsinə dair ideyanı dəstəkləyib.
"PostMedia" xəbər verir ki, bu barədə RBC nəşri məlumat yayıb.
“Müavin Dmitri Nikolayeviç [Çernışenko] başı ilə təsdiqləyir. Hökumətimiz bu təşəbbüsü dəstəkləyir,” – deyə Putin bildirib.
Bu ideyanı “Sağlam Vətən” ictimai hərəkatının rəhbəri Yekaterina Leşçinskaya irəli sürüb. O, xarici ölkələrdə elektron siqaretlərin qadağan olunması təcrübəsinə istinad edərək prezidentdən Rusiyada da bu məhsulların satışına tam qadağa tətbiq etməyi xahiş edib.
Putin bu təklifə başı ilə razılıq verib və xüsusilə gənclər arasında “yalnız belə qərarın qəbul edilməsinin deyil, həm də bununla bağlı maarifləndirici işlərin aparılmasının vacibliyini” vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30