6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Alimlər infarktdan sonra ürək hüceyrələrinin bərpa edən molekul kəşf ediblər

31-oktyabr-2025, 09:04
Alimlər infarktdan sonra ürək hüceyrələrinin bərpa edən molekul kəşf ediblər
Yazı Ölçüsü:
ABŞ-nin Temple Universitetinin Tibb Məktəbinin alimləri ürəyin infarktdan sonra bərpasına kömək edən əvvəllər naməlum bir mexanizm aşkar ediblər.
"PostMedia" xəbər verir ki, "Circulation Research" (CR) tibb jurnalında dərc olunan araşdırmaya görə, bu prosesdə əsas rolu "Circ-CDR1as" adlı dairəvi RNT molekulu oynayır.
Dairəvi RNT — ucları bir-birinə bağlanaraq halqa əmələ gətirən molekuldur. Son illərdə bu cür molekullar diaqnostika və xəstəliklərin aşkarlanması üçün biomarker kimi istifadə olunur.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, "Circ-CDR1as" həm immun hüceyrələrinə “bərpa rejiminə” keçməkdə kömək edir, həm də zədələnmiş toxumalarda iltihabı azaldır.
Tədqiqatçılar aydınlaşdırıblar ki, infarktdan sonra ürəyin bərpasında əsas rol makrofaqlar adlanan xüsusi hüceyrə populyasiyasına məxsusdur. Bu hüceyrələr əvvəlcə ölmüş hüceyrələri və patogenləri məhv edir, sonra isə sağalma prosesinə başlayırlar. Lakin infarktdan sonra "Circ-CDR1as" səviyyəsi kəskin şəkildə azalır, bu da onların funksiyasını pozur və ürəyin bərpasını ləngidir.
Alimlər bu molekulun konsentrasiyasını normal səviyyəyə qaytardıqda, siçanların miokard toxuması daha sürətli bərpa olunub, zədələnmiş sahə isə kiçilib.
Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf təbii bərpa mexanizmlərini aktivləşdirən yeni dərmanların hazırlanması üçün əsas ola bilər. Bununla belə, belə dərmanların yaradılmasından əvvəl insanlar üzərində əlavə tədqiqatlar aparmaq tələb olunur.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31