6°C Bakı
1$ = 1.70₼
Sosial

Braziliyada yarasalarda yeni koronavirus aşkarlanıb

Braziliyada yarasalarda yeni koronavirus aşkarlanıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Alimlər Braziliyada yarasalarda "BRZ batCoV" adlı yeni koronavirus növü aşkar ediblər.
"PostMedia" "Bloomberg"ə istonadən xəbər verir ki, virus genetik baxımdan COVID-19 və Yaxın Şərq respirator sindromu (MERS) törədən viruslara bənzəyir.
Yeni virus Braziliyanın Maranyan və San-Paulu ştatlarında yaşayan kiçik həşərat-yeyən yarasalarda tapılıb. Genetik analizlər onun beta-koronaviruslar ailəsinə aid olduğunu göstərib.
Hazırda bu virusun insanlar üçün təhlükəli olduğuna dair sübut yoxdur, lakin alimlər onun insan hüceyrələrinə daxil olmağı asanlaşdıran zülal strukturuna malik olduğunu bildiriblər. Bu xüsusiyyət indiyədək Amerika qitəsindəki yarasalarda rast gəlinməyib.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30