6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Alimlər Günəşə yaxın ulduzun ətrafında yaşayışa yararlı “super-Yer” planet tapıblar

24-oktyabr-2025, 09:17
Alimlər Günəşə yaxın ulduzun ətrafında yaşayışa yararlı “super-Yer” planet tapıblar
Yazı Ölçüsü:

ABŞ-nin Pensilvaniya Ştat Universitetinin alimləri "Gliese 251" adlı ulduzun ətrafında yerləşən və Yer kürəsindən dörd dəfə böyük “super-Yer” planetin mövcudluğunu təsdiqləyiblər.

"PostMedia" xəbər verir ki, planet “yaşayış zonasının” mərkəzində yerləşir və bu, onun səthində maye halda suyun mövcud ola bilməsi ehtimalını artırır.
Yeni nəsil 30 metrlik teleskoplar sayəsində alimlər yaxın illərdə "Gliese 251c" planetinin atmosfer tərkibini öyrənməyi planlaşdırırlar.
Planet ulduzun ətrafında 54 günə tam dövr edir və Yer kürəsindən cəmi 18 işıq ili məsafədə — Əkizlər bürcündə yerləşir. Bu kəşf alimlərə yaşayışa yararlı planetlərin atmosferini birinci dəfə öyrənmək imkanı verəcək.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31