6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

ABŞ-da “mumiya” halında iki yeni dinozavr tapılıb

23-oktyabr-2025, 23:55
ABŞ-da “mumiya” halında iki yeni dinozavr tapılıb
Yazı Ölçüsü:

Amerikalı paleontoloqlar Vayominq ştatında əvvəllər məlum olmayan iki “mumiya” vəziyyətində qalmış edmontozavr – ördəkağızlı dinozavrın qalıqlarını aşkarlayıblar. 
"PostMedia" xəbər verir ki, Çikaqo Universitetinin alimlərinin məlumatına görə, bu tapıntılar sayəsində dinozavrların dəqiq görünüşünü və dəri quruluşunu ilk dəfə yüksək dəqiqliklə bərpa etmək mümkün olub. Araşdırma nəticəsində məlum olub ki, bu qədim sürünənlərin nazik, xırda pulcuqlu dəriləri və toynaqa bənzər ayaqları olub.
Tapıntılar unikal şəraitdə — dinozavr cəsədlərinin ölümündən dərhal sonra incə gil qatı ilə örtülməsi nəticəsində qorunub qalıb. Alimlər həmçinin edmontozavrların bel hissəsində qabarcıqlı çıxıntı və quyruq nahiyəsində kiçik tikanlar olduğunu müəyyən ediblər.
Bu kəşf dinozavrların anatomiyası və təkamülü barədə təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31