6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bu ölkə sosial şəbəkələri uşaqlar üçün məhdudlaşdırır

08-oktyabr-2025, 08:59
Bu ölkə sosial şəbəkələri uşaqlar üçün məhdudlaşdırır
Yazı Ölçüsü:

Danimarka 15 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələri məhdudlaşdırmaq istəyir.

PostMedia” “Ritzau” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mette Frederiksen çərşənbə günü parlamentdə çıxışı zamanı deyib.

Frederiksen çıxışında bildirib ki, Danimarkada sosial şəbəkələr üçün yaş məhdudiyyəti 15 yaşadək müəyyən edilməlidir, lakin valideynlər uşaqlarına 13 yaşından etibarən həmin platformalardan istifadə etməyə icazə verə bilərlər.

“Mobil telefonlar və sosial şəbəkələr uşaqlarımızın uşaqlığını əlindən alır”, – deyə baş nazir vurğulayıb.

O, konkret olaraq hansı sosial şəbəkə platformalarının nəzərdə tutulduğunu və qadağanın praktikada necə tətbiq ediləcəyini açıqlamayıb.

Sosial şəbəkələrin yaş məhdudiyyəti ilə bağlı qanun layihəsi Danimarka hökumətinin növbəti parlament ilinə aid qanunvericilik proqramına daxil edilməyib. Bu isə onun yaxın vaxtlarda qəbul olunma ehtimalını azaldır — çünki növbəti seçkilər 2026-cı il noyabrın 1-dək keçirilməlidir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31