6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bu gün Bakının 4 rayonunda təbii qazın verilişi dayandırılacaq

02-oktyabr-2025, 08:49
Bu gün Bakının 4 rayonunda təbii qazın verilişi dayandırılacaq
Yazı Ölçüsü:

Bu gün saat 09:00-dan işlər başa çatanadək Qaradağ, Sabunçu, Yasamal və Xətai rayonlarının bəzi ərazilərinə təbii qazın verilişində fasilə olacaq.
PostMedia” bu barədə “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Fasiləyə səbəb “Qaradağ-Səngəçal” yüksək təzyiqli magistral qaz kəmərinin 3,5-ci və 6,5-ci kilometrində təmir işlərinin görülməsidir.
Təmir işləri ilə əlaqədar olaraq “Sement zavodu Ümumi”, “Sement Zavodu-2” və “Səngəçal Ümumi” ölçü qovşaqlarından, həmçinin orta təzyiqli qaz xətləri üzərində atıcı klapanın, qaz tənzimləyicinin quraşdırılması, eləcə də yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək “Nardaran QPS” ölçü qovşağından qidalanan əhali kollektorunda, “Köhnə Qanlıgöl” qaz xəttində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddət ərzində Qaradağ rayonunun Sahil, Ümid və Səngəçal qəsəbələrində, Yol evləri və Bağ evləri adlanan yaşayış massivlərində, Sabunçu rayonunun Maştağa qəsəbəsində H.Heybətov, Nizami, Axund Mirzə Əbdülkərim, Sabir, Axund Mirzə Ələkbər, Axund Şeyx Hüseyn, Yəhya Musayev, Nəriman Nərimanov, Həzi Aslanov küçələrində, Ləhic bağları, Savalan və Maştağa-Nardaran adlanan yaşayış massivlərində, Yasamal rayonunun Qanlı göl yaşayış massivində, Ü.Əkbərov , R.Tağıyev və 7-ci Alatava küçələrində, həmçinin Xətai rayonunun H.Salmani küçəsində qaz təchizatında fasilə yaranacaq.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31