6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Gecə bəzi ərazilərdə leysan olub

22-sentyabr-2025, 10:14
Gecə bəzi ərazilərdə leysan olub
Yazı Ölçüsü:
Ötən geə ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Lənkəran-Astara zonasında yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Astarada 113, Yardımlıda 62, Lerikdə 42, Lənkəranda 33, Biləsuvar, Cəlilabad, Beyləqanda 19, Qəbələdə 17, Ordubadda 16, İmişlidə 15, Neftçalada 14, Oğuzda 13, Ağdamda 11, Quba, Qax, Tərtər, Naxçıvan, Gədəbəy, İsmayıllı, Sabirabad, Şahbuz, Cocuq Mərcanlı, Şahdağ, Qusar, Tovuz, Şirvan, Hacıqabul, Qrız, Balakən, Altıağac, Xaltan, Ağstafa, Culfa, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Şəmkir, Xınalıq, Zaqatala, Şamaxı, Qobustan, Şabran, Bərdə, Zərdab, Kürdəmirdə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 22-si axşamadək davam edəcəyi, 23-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31