6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bazar ertəsi hava belə olacaq

21-sentyabr-2025, 13:10
Bazar ertəsi hava belə olacaq
Yazı Ölçüsü:
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
"PostMedia" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31