6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bakıda və Abşeron yarımadasında yağış yağıb

16-sentyabr-2025, 11:14
Bakıda və Abşeron yarımadasında yağış yağıb
Yazı Ölçüsü:
Ölkə ərazisinin bəzi yerlərində, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
Bu barədə "PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 11, Lerikdə 7, Daşkəsəndə 4, Yardımlıda 3, Göygöl, Gədəbəydə 2, Xaltan, Şamaxı, Goranboy, Altıağac, Tovuz, Qax, Qəbələ, Şəki, Qobustan, İmişli, Biləsuvarda 1 mm-dək qeydə alınır.
Daşkəsən, Göygöl, Qax, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, dağlıq rayonlarda 12, Aran rayonlarında 22, Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31