6°C Bakı
1$ = 1.70₼
Sosial

Lənkəran sakinlərinin nəzərinə: İşıq olmayacaq

Lənkəran sakinlərinin nəzərinə: İşıq olmayacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Bu gün saat 09:30-dan 16:00-dək Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "PostMedia"ya "Azərişıq" ASC-dən məlumat verilib.
Fasiləyə səbəb payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində aparılacaq təmir işləridir.
Bununla əlaqədar olaraq şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30