6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Ölkənin bir sıra ərazilərində yağış yağıb

05-sentyabr-2025, 11:01
Ölkənin bir sıra ərazilərində yağış yağıb
Yazı Ölçüsü:
Bu gün səhərə olan məlumata görə, ölkənin bir sıra ərazilərində – Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Bu barədə "PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dək qeydə alınıb.
Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031