6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Öz universitetində rektor kreslosuna əyləşdi

03-sentyabr-2025, 18:02
Öz universitetində rektor kreslosuna əyləşdi
Yazı Ölçüsü:

Razia İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.

"PostMedia" Universitetə istinadən xəbər verir ki, bugün Xəzər Universitetinin Elmi Şurasında bu qərar qəbul olunub.

Bu təyinatdan əvvəl o, universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı kimi fəaliyyət göstərib.

Razia İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.

“Erasmus+” proqramı çərçivəsində beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır, təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031