6°C Bakı
1$ = 1.70₼
Sosial

Qeyri-sabit hava şəraiti həftəsonuna qədər davam edəcək - XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti həftəsonuna qədər davam edəcək - XƏBƏRDARLIQ
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.
"PostMedia" xəbər verir ki, bu barədə Milli Hidrometeotologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən gecə və səhər arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30