6°C Bakı
1$ = 1.70₼
Sosial

Emin Əmrullayev bu məmurun qohumu ilə bağlı əmr imzaladı

Emin Əmrullayev bu məmurun qohumu ilə bağlı əmr imzaladı
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səkinə Abbasova vəzifəsindən azad edilib.
“PostMedia”nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirin digər əmri ilə S.Abbasova Xırdalan şəhər 6 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Əvvəllər Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin direktoru olmuş Lamiyə Həsənzadə isə Saray qəsəbəsində yerləşən 2 nömrəli orta məktəbə direktor təyin edilib.
Qeyd edək ki, Səkinə Abbasova Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin müavini Cəbrayılov Fuad Höcətağa oğlunun bacısıdır.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30