6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Sabah Bakıda və Abeşron yarımadasında hava bu günü təkrarlayacaq

22-iyul-2025, 13:03
Sabah Bakıda və Abeşron yarımadasında hava bu günü təkrarlayacaq
Yazı Ölçüsü:
Iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə "PostMedia"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31