6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Sabah Bakıda və Abşeron yarımadasında zəif cənub-şərq küləyi əsəcək

15-iyul-2025, 14:40
Sabah Bakıda və Abşeron yarımadasında zəif cənub-şərq küləyi əsəcək
Yazı Ölçüsü:
İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.
"PostMedia" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31