6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Sabah səhər Bakıda və Abşeron yarımadasında yağış yağacaq

04-iyul-2025, 13:55
Sabah səhər Bakıda və Abşeron yarımadasında yağış yağacaq
Yazı Ölçüsü:
İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"PostMedia" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Lakin səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti,gündüz 12-17° isti olacaq.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31