6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Dövlət Agentliyindən xəbər var - 4 ayda 29 qeyri-qida malının etiketində...

17-iyun-2025, 11:38
Dövlət Agentliyindən xəbər var - 4 ayda 29 qeyri-qida malının etiketində...
Yazı Ölçüsü:
2025-ci ilin yanvar-aprel ayları ərzində istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisə tərəfindən idxal olunan 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.
PostMedia” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.
İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsb edir.
Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təmin etməklə bazarda şəffaflığı artırmaqdır.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31