6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb

12-may-2025, 21:11
Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb
Yazı Ölçüsü:

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.

PostMedia” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Bakı şəhəri, 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Qeyd olunub ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31