2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 % az yol-nəqliyyat hadisəsi baş verib.
"PostMedia" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 % azalaraq 689 nəfər olub.
Onlardan 285 nəfər həlak olmuş, 404 nəfər isə yaralanıb. Hadisələrin 44,3 %-i gecə, 38,6 %-i gündüz, 17,1 %-i isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 %-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 83,7 %-i yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 % azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 % azalaraq 379 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,9 %-i nəqliyyat vasitələrinin və piyadaların, 36,0 %-i bir neçə nəqliyyat vasitəsinin, 20,1 %-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 %-ni, yaralananların isə 72,3 %-ni kişilər təşkil edib.