6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Tramp administrasiyası dronların idxalına gömrük rüsumları tətbiq edib

14-avqust-2026, 09:13
Tramp administrasiyası dronların idxalına gömrük rüsumları tətbiq edib
Yazı Ölçüsü:
ABŞ prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının (PUA), eləcə də onların komponentlərinin idxalına gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb. Yeni rüsumlar ABŞ-nin bir sıra mühüm müttəfiqlərindən idxal olunan dronlara da şamil ediləcək. Tramp administrasiyası bildirib ki, ABŞ xarici PUA tədarükündən “həddindən artıq asılı” vəziyyətə düşüb
PostMedia” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Trampın imzaladığı bəyannaməyə əsasən, "Ağ Ev" müəyyən ölçüdə olan və ya milli təhlükəsizlik baxımından xüsusilə həssas hesab edilən xüsusiyyətlərə malik dronlara 100% idxal rüsumu tətbiq edir. Daha kiçik dronlar üçün isə rüsum 25% olacaq.
"Ağ Ev"dən bildirilib ki, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan PUA və onların komponentlərinə 15% rüsum tətbiq ediləcək. Böyük Britaniyadan idxal olunan dronlar üçün isə rüsum 10% təşkil edəcək.
"Ağ Ev"in yayımladığı bəyannamədə Tramp bildirib ki, ticarət naziri Hovard Lütniç pilotsuz aviasiya sistemlərinin (PAS) idxalının ABŞ iqtisadiyyatına və təhlükəsizliyinə təsiri ilə bağlı araşdırma aparıb.
“Nazir müəyyən edib ki, xarici pilotsuz aviasiya sistemləri istehsalçılarının ABŞ bazarına nüfuzu əhəmiyyətli səviyyədədir və Birləşmiş Ştatlar PAS-ların və onların komponentlərinin xarici mənbələrdən tədarükündən həddindən artıq asılıdır”, – Tramp bildirib.
Trampın sözlərinə görə, Lütniç bəzi xarici ölkələrdən gətirilən dron və ehtiyat hissələrinin “təhlükəsizlik riski yaratdığı” qənaətinə gəlib. Həmçinin ABŞ-nin daxili sənayesinin müdafiə ehtiyaclarını qarşılamaq üçün kifayət qədər həcmdə PUA istehsal etmədiyi vurğulanıb.
Yeni gömrük rüsumları bəyannamənin imzalanmasından 21 gün sonra qüvvəyə minəcək.
PUA-ların həssas olmayan komponentləri üçün isə bu müddət 180 gün təşkil edəcək.
Sənəddə həmçinin Pentaqonun Federal Rabitə Komissiyasının “Covered List” siyahısından istisna edilməsini təsdiqlədiyi məhsullar üçün də 180 günlük möhlət nəzərdə tutulub. Bununla bağlı qərarın sənədin imzalanmasından sonra 20 gün ərzində verilməsi tələb olunur.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31