6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

"Kapital Bank"dan şikayət: NFC işləmədi, QR kod isə ekranın vəziyyətinə görə oxunmadı

06-avqust-2026, 15:19
"Kapital Bank"dan şikayət: NFC işləmədi, QR kod isə ekranın vəziyyətinə görə oxunmadı
Yazı Ölçüsü:

Vətəndaş Nəbi Nəbiyev "Kapital Bank" ASC-nin bankomatlarının texniki vəziyyəti ilə bağlı narazılığını ifadə edib.

"PostMedia" xəbər verir ki, o, plastik kartdan istifadə etmədiyi üçün nağd pul çıxararkən yalnız NFC və QR kod funksiyalarından yararlandığını qeyd edib.

Şikayətçinin bildirdiyinə görə, Zabrat qəsəbəsində yerləşən "Kapital Bank" bankomatından pul çıxarmaq istəyərkən NFC funksiyası xəta verib. Alternativ olaraq QR koddan istifadə etmək istəsə də, bankomatın ekranının tozlu olması və işığının zəif işləməsi səbəbindən kodu oxutmaq mümkün olmayıb.

Nəbiyev qeyd edib ki, bu problemlə ilk dəfə qarşılaşmır. Onun sözlərinə görə, müxtəlif ünvanlarda yerləşən "Kapital Bank" bankomatlarında da ekranların tozlu və zəif işıqlandırılması səbəbindən məlumatları görmək çətinləşir.

"Mən 4 gözümlə güclə ekranı görürdümsə, yazıq camaat necə görsün? Bankomatlara qulluq etmək bu qədər çətindirmi?" – deyə vətəndaş narazılığını ifadə edib.

Məsələ ilə bağlı Kapital Bankdan verilən açıqlamada bildirilib ki, vətəndaşın müraciəti daha əvvəl qeydə alınıb və hazırda aidiyyəti struktur bölmə tərəfindən araşdırılır.

Bankın cavabında deyilir:
"Hörmətli Nəbi Nəbiyev. Qeyd etdiyiniz məsələ ilə bağlı müraciətiniz daha əvvəl qeydə alınıb və hazırda aidiyyəti struktur bölmə tərəfindən araşdırılaraq icra olunur. Müraciətin tezləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülüb".
Bankın mətbuat xidmətindən "PostMedia"nın sorğusuna əlavə cavab verilməyib.
Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31