Yaponiya hökuməti ehtiyat fondundan Kumamoto prefekturasında iyulun 28-də baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 24,2 milyard yen (təxminən 153 milyon ABŞ dolları) ayıracaq.
"PostMedia" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.
"Nazirlər Kabineti Kumamoto zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 24,2 milyard yen ayrılması barədə qərar qəbul edib", – deyə o bildirib.
Vəsaitin böyük hissəsi zərərçəkmiş bölgələrdə bərpa və qəza-xilasetmə işlərinə yönəldiləcək. Buraya yol infrastrukturu və körpülərin bərpası, zərərçəkənlərin müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi, həmçinin təxliyə mərkəzlərində ərzaq və çarpayı şəklində maddi yardım göstərilməsi daxildir.
İyulun 28-də baş vermiş 7,1 maqnitudalı zəlzələ ölkədə son illərin ən güclülərindən biri olub. Son məlumata görə, 38 nəfər həlak olub, onlarla insan yaralanıb. Müxtəlif bölgələrdə yaşayış evləri dağılıb, yollar və körpülər zədələnib. Zəlzələnin nəticələrinin aradan qaldırılmasına xilasedici və ixtisaslaşmış xidmətlərlə yanaşı, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi də cəlb olunub.