6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Rusiyada əcnəbilərə rekord sayda iş icazəsi verilib

31-iyul-2026, 23:03
Rusiyada əcnəbilərə rekord sayda iş icazəsi verilib
Yazı Ölçüsü:

Rusiyada bu ilin ilk yarısında əcnəbilərə 147 min iş icazəsi verilib ki, bu da ölkədə indiyədək qeydə alınan ən yüksək göstəricidir.

"PostMedia" xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumata görə, bu il Çin, Hindistan və İndoneziyadan olan işçilərin Rusiyaya cəlb olunması ötən illə müqayisədə təxminən 1,5 dəfə artıb. Eyni zamanda, Türkiyə və Vyetnam vətəndaşlarının işə dəvət olunması azalıb.

Bununla yanaşı, Rusiya hakimiyyəti miqrasiya nəzarəti sahəsində yeni qaydalar hazırlayır. Daxili İşlər Nazirliyi dekabr ayınadək “Gosusluqi” portalı vasitəsilə əcnəbilər üçün məcburi elektron qeydiyyatın tətbiqini və kağız miqrasiya kartlarından imtina edilməsini təklif etməyi planlaşdırır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031