6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Rusiyaya gedən azərbaycanlıların diqqətinə: Mobil telefon almağa məcbur ediləcək

15-iyul-2026, 22:44
Rusiyaya gedən azərbaycanlıların diqqətinə: Mobil telefon almağa məcbur ediləcək
Yazı Ölçüsü:

Rusiyaya gedən miqrantlar ölkədə qeydiyyata düşərkən mobil telefon almağa məcbur olacaqlar. Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin iclasında Rusiyanın daxili işlər nazirinin müavini və dövlət katibi İqor Zubov bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə məlumatı RBK yayıb.

Zubovun sözlərinə görə, xüsusilə işləmək və ya uzunmüddətli qalmaq üçün Rusiyaya gələn hər bir miqrant aldığı telefonda elektron profilə malik olacaq.

"Rusiyaya qeydiyyatdan keçərək gələn hər bir miqrant telefon almalı olacaq. Həmin telefonda onun elektron profili yerləşdiriləcək. Bunun sayəsində hər bir miqrantın harada olduğunu biləcəyik. O, nəzarətsiz şəkildə bir yaşayış məntəqəsindən digərinə köçə və olduğu yeri dəyişə bilməyəcək. Bu, sistemin əsasını təşkil edəcək", – deyə Zubov bildirib.

Onun sözlərinə görə, telefon vasitəsilə miqrantlara sənədlərinin etibarlılıq müddətinin başa çatması, yaxud hər hansı dövlət qurumuna gəlmələrinin zəruriliyi barədə əvvəlcədən bildiriş göndərmək mümkün olacaq.

"Nəticədə insan hər hansı müddəti ötürdüyü və ya məlumatsız qaldığı üçün gözlənilməz vəziyyətlə üzləşməyəcək", – deyə nazir müavini əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31