6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq

23-aprel-2026, 13:21
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq
Yazı Ölçüsü:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"PostMedia" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verib.
Məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31