6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İbrahim Tatlısəsin halı qəfil pisləşib, xəstəxanaya yerləşdirildi

07-aprel-2026, 19:07
İbrahim Tatlısəsin halı qəfil pisləşib, xəstəxanaya yerləşdirildi
Yazı Ölçüsü:

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs İstanbulda yerləşən evində qəfil özünü pis hiss etdikdən sonra xəstəxanaya aparılıb.

PostMedia”nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, sıx konsert proqramından sonra evinə qayıdan sənətçi gecə saatlarında qəfil pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları ona ilkin yardım göstərərək ambulansla xəstəxanaya çatdırıblar.

Xəbər yayıldıqdan sonra Tatlısesin ailə üzvləri və yaxınları da xəstəxanaya gəlib. Həkimlərin bildirdiyinə görə, sənətçinin vəziyyəti nəzarət altındadır və müalicə prosesi yaxından izlənir.

Həkimlərin ilkin məlumatına əsasən, o təzyiqin düşməsi və ehtimal olunan bakterial infeksiya səbəbilə xəstəxanaya yerləşdirilib və ehtiyat tədbiri kimi bir müddət müşahidə altında saxlanılır. Onun şüuru yerindədir, ürək və ağciyər funksiyaları normaldır, ümumi vəziyyətinin isə yaxşı olduğu bildirilir.

İbrahim Tatlısəs uzun illərdir Türkiyə musiqisinin ən tanınmış simalarından biri hesab olunur və 2011-ci ildə silahlı hücuma məruz qaldıqdan sonra uzun müddət müalicə almışdı.

Müəllif
Ülkər
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31