6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

BƏƏ-dən Azərbaycan vətəndaşlarının təxliyyəsinə başlanıb

10-mart-2026, 11:08
BƏƏ-dən Azərbaycan vətəndaşlarının təxliyyəsinə başlanıb
Yazı Ölçüsü:

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

"PostMedia" xəbər verir ki, bu barədə "Azərbaycan hava Yolları" QSC (AZAL) məlumat yayıb.

Məlumatda deyilir ki, bugünkü reys üzrə 200-ə yaxın vətəndaşımız ölkəmizə qayıdacaq:

"AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır. Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir"-deyə açıqlamada bildirilir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031