6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İvanovo vilayətində Azərbaycan icmasının rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib

24-fevral-2026, 23:32
İvanovo vilayətində Azərbaycan icmasının rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib
Yazı Ölçüsü:

Rusiyanın İvanovo vilayətində Azərbaycan icmasının rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

"PostMedia" xəbər verir ki, bu barədə “Tsarqrad” telekanalı məlumat yayıb.

Məlumata görə, sosial şəbəkələrdə və mediada yaranan rezonansdan sonra Məmmədov “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətə görə” vətəndaşlıqdan çıxarılıb. O, daha əvvəl şəhər şurasına namizədliyini irəli sürmüş, lakin seçicilərlə görüş zamanı etdiyi uğursuz çıxışdan sonra namizədliyini geri götürməyə məcbur olmuşdu.

Telekanalın şərhinə görə, baş verənlər cəmiyyətdə ciddi narazılıq doğurduqdan sonra məsələ yenidən gündəmə gətirilib və nəticədə hüquqi tədbir görülüb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31