6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Epşteynin yazışmalarında "COVID-19"dan üç il əvvəl pandemiyanın modelləşdirilməsi müzakirə olunub

04-fevral-2026, 19:13
Epşteynin yazışmalarında "COVID-19"dan üç il əvvəl pandemiyanın modelləşdirilməsi müzakirə olunub
Yazı Ölçüsü:

Maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə 2017-ci ilə aid bir məktub aşkarlanıb.

"PostMedia" xəbər verir ki, məktubda pandemiyanın modelləşdirilməsi üzrə təkliflərin və texniki həllərin hazırlanması müzakirə edilir. Bu müzakirələr "COVID-19" pandemiyasından üç il əvvəl baş verib.

Məktub ABŞ-li milyarder Bill Qeytsə ünvanlanıb, daha sonra isə Epşteynə göndərilib. Məktubun müəllifi Qeytsə bildirir ki, özü və həmkarları birgə əməkdaşlıq çərçivəsində yerinə yetirilməli tapşırıqların və analitik materialların siyahısını hazırlayırlar.

Təklif olunan iş “müxtəlif ştammların yaratdığı pandemiyaların modelləşdirilməsi üzrə təkliflərin və texniki spesifikasiyaların təkmilləşdirilməsi”nə fokuslanır. Bu termin səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisi üçün səhiyyə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində istifadə olunur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31