6°C Bakı
1$ = 1.70₼
Sosial

ABŞ 260 milyon dollarlıq borcu ödəmədən Ümumdünya Səhiyyə Təşkilatından çıxır

ABŞ 260 milyon dollarlıq borcu ödəmədən Ümumdünya Səhiyyə Təşkilatından çıxır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp daha əvvəl ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacağını bəyan etmişdi və bir il sonra, cümə axşamı bu proses tamamlanıb. Lakin ABŞ təşkilata olan 260 milyon dollar məbləğində borcunu ödəməyib.
"PsotMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, ÜST-ün ABŞ tərəfindən maliyyələşdirilməsi tamamilə dayandırılıb, təşkilatın bütün bölmələrində və qərargahlarında çalışan amerikalı əməkdaşlar geri çağırılıb. Bu barədə ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi məlumat verib.
Bundan əlavə, ABŞ ÜST-ü maliyyələşdirən bütün rəhbər orqanlar və işçi qruplarındakı iştirakını da dayandırıb.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30