6°C Bakı
1$ = 1.70₼
Sosial

"Bravo" yumurtanı 30 ədəddən artıq satmır - AÇIQLAMA

"Bravo" yumurtanı 30 ədəddən artıq satmır - AÇIQLAMA
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Bravo" supermarketlərində yumurta satışına limit qoyulub.

"PostMedia" xəbər verir ki, bu barədə jurnalist Rahim Tarverdiyev özünün sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, "Bravo" bir nəfərə 30 ədəddən artıq yumurta satmır.

Məsələni dəqiqləşdirmək üçün Pravda.az "Bravo"ya sorğu ünvanlayıb. Şirkətdən verilən açıqlamada bildirilib ki, "Bravo"nun əsas prioriteti müştərilərin rahat və fasiləsiz alış-verişini təmin etməkdir:

"Bazarda yumurtanın münasib qiymətlərlə satışı "Bravo" tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində məhsullarımızı müştərilərimiz rahatlıqla əldə edə bilir və mağazalarımızda məhsul davamlılığı qorunur. Bu addım məhsul davamlılığını qorumağa və müştərilərimizin ehtiyaclarını tam qarşılamağa xidmət edir. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını təmin etmək və alış-verişini daha rahat etməkdir".

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30