6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

“Suleymanov işi” üzrə şübhəli saxlanıldıqdan sonra vəfat edib

03-oktyabr-2025
“Suleymanov işi” üzrə şübhəli saxlanıldıqdan sonra vəfat edib
Yazı Ölçüsü:
Milyarder İbrahim Süleymanovun adı keçdiyi qətl işi üzrə daha bir fiqurant – Abakar Darbişev saxlanıldıqdan sonra ürək tutmasından ölüb.
"PostMedia" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Abakar Darbişev Moskvaətrafında saxlanılıb, bundan dərhal sonra ürək tutması nəticəsində vəfat edib”, – mənbə bildirib. O da Suleymanov kimi keçmiş illərin qətlində şübhəli bilinirdi.
Qeyd edək ki, daha əvvəl bu iş üzrə Muhammed Darbişev də saxlanılaraq həbs olunub.
Xatırladaq ki, bu gün səhər Moskvada iş adamı İbrahim Süleymanov saxlanılıb. İstintaq onu iki qətlin və bir qətl cəhdinin təşkilində ittiham edir və Basmannı rayon məhkəməsindən onun həbsini tələb edir. İş üzrə daha əvvəl Muhammed Darbişev də həbs edilmişdi.
Məlumata görə, İbrahim Süleymanov və qardaşı Rasul 2024-cü ildə “Sirena-Travel” İT şirkətinin benefisiarları olublar.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031