6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ELM-TƏHSİL

Murad Arifdən nazirliyə müraciət: “İnsanlara əlavə çətinlik yaratmayın”

12-avqust-2026, 12:25
Murad Arifdən nazirliyə müraciət: “İnsanlara əlavə çətinlik yaratmayın”
Yazı Ölçüsü:

Məktəb attestatlarının elektron formada təqdim edilməsinə başlanılması xaricdə təhsil almaq istəyən bəzi vətəndaşlar üçün sənədlərin apostil edilməsi ilə bağlı çətinlik yaradıb.

"PostMedia" xəbər verir ki, məsələni müğənni və bəstəkar Murad Arif sosial şəbəkə hesabında gündəmə gətirib.

O, Elm və Təhsil Nazirliyinə müraciətində bildirib ki, məktəblər attestatları əvvəlki kimi kağız formada təqdim etmir. Bunun əvəzinə elektron PDF sənədi verilir. Lakin həmin sənədin apostil üçün qəbul edilmədiyi iddia olunur.

Murad Arif qeyd edib ki, bu vəziyyət xaricdə təhsil almaq üçün sənədlərini hazırlayan şəxslərin işini çətinləşdirir və müraciət prosesində gecikmələrə səbəb olur.

“Əgər yeni üsulla verilən attestatlar tam keçərli deyilsə, ya sistemi hərtərəfli işlək vəziyyətə gətirin, ya da insanlara əlavə çətinlik yaratmayın”, – deyə o bildirib.

Məsələyə Elm və Təhsil Nazirliyindən də münasibət bildirilib. Nazirliyin mətbuat katibi Səbuhi Rzazadə Murad Arifin paylaşımına cavab olaraq problemin aidiyyəti şəxslərə çatdırıldığını və həll ediləcəyini açıqlayıb.

“Bu məsələ ilə bağlı Könül xanıma məlumat verilib, sabah həll olunacaq. Narahatçılıq yoxdur”, – Rzazadə qeyd edib.

Murad Arif isə cavabında iyunun 4-də nazirliyə başqa məsələ ilə bağlı etdiyi müraciətin də cavabsız qaldığını bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31